“Dolu” filmi və yaradıcıları BXA-da – FOTO

Bakı Xoreoqrafiya Akademiyası (BXA) Təhsil Kompleksində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

BXA-dan Milli.Az-a verilən məlumata görə, tədbirdə əməkdar jurnalist, Milli Məclisin deputatı, yazıçı Aqil Abbasın iştirakı ilə onun ssenarisi əsasında çəkilmiş "Dolu" filmi nümayiş olunub. Filmin nümayişindən öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra BXA-nın rektoru, professor Timuçin Əfəndiyev qanlı yanvar hadisələri haqqında geniş məlumat verib və həmin günü azadlığa, müstəqilliyə gedən yolun başlanğıcı adlandırıb.  O, qeyd edib ki, müharibə mövzusunda çəkilən "Dolu" filmi  onun dəhşətlərini, dövrün ictimai-siyasi proseslərini yeni nəslə çatdıran, gəncliyin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edən uğurlu ekran əsəridir.

Filmin ssenari müəllifi, Aqil Abbas BXA-nın professor-müəllim və tələbə heyətini salamlayaraq bu ali təhsil ocağında olmaqdan məmnunluğunu bildirib və universitet rəhbərliyinə minnətdarlıq edib. A. Abbas həmçinin, "Dolu" bədii filmi haqqında məlumat verərək onun yaradıcı heyətini təqdim edib. Filmin nümayişindən sonra Aqil Abbas və "Dolu" filminin aktyor heyəti ilə görüşən müəllim və tələbələr film barədə öz təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, 2012-ci ildə dövlət sifarişi ilə çəkilən "Dolu" filminin quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyevdir. Qəhrəmanlıq və şücaət səhnələri ilə dolu olan filmdə istedadlı aktyorlar iştirak edib. 

Zərif Nisə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>