“İstintaq təcridxanalarında saxlanılan şəxslərin sayı 2016-cı illə müqayisədə 24%-dək azalıb”

Yanvarın 19-da Ədliyyə Nazirlyi Penitensiar xidmətinin Baş idarəsində 2017-ci ilin yekunlarına həsr olunan əməliyyat müşavirəsi keçirilib.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə,  müşavirədə xidmətin Baş idarəsinin, eləcə də tabe qurumların rəhbər heyəti və Ədliyyə Nazirliyinin məsul əməkdaşları iştirak ediblər.

Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənov tədbiri açaraq qeyd edib ki, Penitensiar xidmət tərəfindən 2017-ci ildə fəaliyyəti tənzimləyən ölkə başçısının müvafiq fərman və sərəncamları, qanunvericilik aktları, nazirliyin kollegiya qərarları rəhbər tutularaq, qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi, penitensiar sistemin inkişafı, kadr potensialının gücləndirilməsi, həbs edilmiş şəxslərin, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılmasına yönəlmiş kompleks tədbirlər həyata keçirilib. Uzunmüddətli Dövlət Proqramlarında öz əksini tapmış tapşırıqların yerinə yetirilməsi təmin edilib, Baş idarənin və struktur qurumların maddi-texniki bazasının inkişafı, idarəetmənin təkmilləşdirilməsi, nizam-intizamın möhkəmləndirilməsi və fəaliyyətdə mövcud olan nöqsanların aradan qaldırılması məqsədilə tədbirlər görülüb.

Qeyd edilib, Azərbaycan prezidenti İlham Əliyevin  "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 10 fevral 2017-ci il tarixli Sərəncamının bu sahənin inkişafı prosesinin daha da genişləndirilməsi və növbəti mərhələyə keçməsi üçün zəmin yaradıb. Nazir müavini Sərəncamın icrası üzrə yaradılmış komissiya tərəfindən müvafiq xidmət sahələrinin fəaliyyətinin təkmilləşdirilməsi, məntəqə tipli cəzaçəkmə müəssisələrində işin qanunvericiliyə uyğun təşkili, əməkdaşların sosial müdafiəsi və digər məsələlər üzrə tədbirlərin həyata keçirilməsinə nəzarət edildiyini bildirib. Qeyd olunub ki, məhz ölkə başçısı tərəfindən imzalanmış Sərəncamın icrası ilə bağlı alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsinin nəticəsi olaraq 2017-ci ilin sonuna istintaq təcridxanalarında saxlanılan şəxslərin sayı 2016-cı illə müqayisədə 24 faizədək azalıb.

Məlum olduğu kimi, həmin Sərəncamın məntiqi davamı olaraq, Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi dövlətimizin başçısı tərəfindən Milli Məclisə təqdim olunub və müvafiq Qanun qəbul edilib. 20 oktyabr 2017-ci il tarixdə qəbul edilmiş Qanunla Cinayət Məcəlləsinə 300-dək dəyişikliklər edilib, 160-dək maddənin sanksiyasına alternativ cəzalar, 40-dək cinayətə görə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilib.

Qanunun icrası ilə bağlı Baş idarədə məsul əməkdaşlardan ibarət işçi qrupu və müvafiq olaraq tabe müəssisələrdə komissiyalar yaradılıb. Məhkumların şəxsi işləri öyrənilmiş və 10 min nəfərə yaxın məhkumun Qanunun təsiri altına düşdüyü müəyyən edilib. Bu müddətdə 1.136 məhkum barədə müvafiq sənədlər məhkəmələrə təqdim edilib, 231 məhkum cəza çəkməkdən azad olunub, 99 məhkumun cəza müddəti azaldılıb. Qanunun icrası prosesi davam etdirilir.

Nazir müavini ölkə Prezidentinin humanist təşəbbüslə çıxış edərək uzun illər məhkumlara, onların ailələrinə qayğı ilə yanaşmasınını davam etdirdiyini bildirərək, 2017-ci ilin 16 mart tarixində 423 məhkumun, onlardan azadlıqdan məhrum etmə cəzasını çəkən 414 məhkumun əfv edilməsi ilə bağlı sərəncam imzaladığını və icrasının vaxtında həyata keçirildiyini vurğulayıb. 

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>