Bakı metrosunda qatar tuneldə qalıb, intervalda gecikmələr var – YENİLƏNİB

19:56

Bakı Metropoliteninə məxsus "Həzi Aslanov"- "Dərnəgül" istiqamətində hərəkətdə olarkən tuneldə qalan 35 saylı qatarda yaranan problem aradan qaldırılıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. N.Paşayev bildirib ki, qatarda yaranmış problem tam aradan qaldırılıb və depoya yola salınıb: "Hazırda qatarların hərəkətində fasilələr yaranıb. Çalışırıq ki, intervalda olan gecikmələri aradan qaldıraq".

———–

19:15

Bakı metrosunda qatar tuneldə qalıb.

Milli.Az xəbər verir ki, "BAKI Metropoliteni"Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, Həzi Aslanov-Dərnəgül istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın qapılarında nasazlıq olub:

"Məcbur sərnişinləri 28 May stansiyasında boşaldıb Nizami stansiyasından qatarı geri depoya göndərdik. Saat 18:45-də. Təəssüf ki, qatar indi də 28 May-Gənclik stansiyaları arasında qalıb. Hazırda başqa qatarın köməkliyiylə onu xətdən çıxartmağa çalışırıq. Yaranmış narahatlığa görə üzr istəyirik".

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>