20 Yanvar uşaqların gözü ilə – FOTO

Bu gun S.C.Pişəvəri adına Humanitar Fənnlər gimnaziyasında 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə öncə şəhidlərə həsr olunan xatirə lövhəsinin acılışı, daha sonra kövrək və qürurverici anlarla yadda qalan anım tədbiri keçirilib.

Milli.Az xəbər verir ki, gimnaziyadakı tədbirdə 20 Yanvar faciəsi daha fərqli, uşaqların gözü ilə təqdim olunub. Belə ki, məktəbin 6-ci sinif şagirdi Mədinə Məhərrəmovanın yazdığı ssenari məktəb rəhbərliyi tərəfindən dəstəklənərək, uşaqların bu faciəni özlərinin səhnələşdirməsinə şərait yaradılıb.

Tədbirdə uşaqlar şəhidlik zirvəsinə ucalarkən onlar kimi məktəbdə şagird olan Larısa Məmmədova və İlqar İbrahimovdan bəhs edən səhnəciklər təqdim edərək bu faciənin həm də qəhrəmanlıq salnaməsi olduğunu önə çəkiblər. Tədbir boyu təqdim olunan səhnəciklərdə onların balaca ürəklərdə böyük vətən sevgisi daşıdıqları hiss olunub.

Anım tədbiri 20 Yanvara həsr olunan ədəbi-bədii kompozisiyalar, düşmən üzərində  qalibiyyətimizi əks etdirən müxtəlif nömrələr, böyük şairləimizin şeirlərinin oxunması ilə davam edib və "Yaşa Azərbaycan" mahnısının səslənməsi ilə başa catıb.

Tədbirdə həmçinin, gimnaziyanın Nərimanov Rayon Gənclər İdarəsinin 20 Yanvara həsr olunmuş inşa  müsabiqəsində qalib olan 5-ci sinif şagirdi Məmmədzadə Selcan və 8-ci sinif şagirdi Şərifova Rənaya mükafatlar təqdim olunub.

Sonda S.C.Pişəvəri adına Humanitar Fənnlər Gimnaziyasının direktoru Xuraman Osmanova çıxış edərək uşaqların bu təşəbbüsünü alqışlayıb və 20 Yanvar faciəsi ilə bağlı öz xatirələrini bölüşüb: "20 Yanvara "Qara Yanvar" deyilməsinin hər zaman əleyhinə olmuşam. O gecəni çox gözəl xatırlayıram. Həqiqətən də milli şüurumuzun oyandığı, qəhrəmanlığımızın, mərdliyimizin əyani nümayişi idi. Mən bu gün bu tədbiri hazırlayan uşaqların valideynləri ilə fəxr etdim ki, onlar belə vətənpərvər övladlar yetişdiriblər".

Zərif Nisə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>