Bakıda banka basqın edən şəxs: “Bıçağı xanıma yaxınlaşdırıb…” – VİDEO – FOTO

Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən qorunan banklardan birinin Yasamal filialından Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, idarənin əməkdaşları hadisə yerinə çıxıb. Quldurluq yolu ilə banka basqın edərək xəzinədarı bıçaqla hədələyib pul tələb edən şəxs tərksilah edilərək tutulub.

Saxlanılan şəxsdən hadisə vaxtı istifadə etdiyi bıçaq da götürülüb və o, ərazi üzrə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə təhvil verilib. Aparılan araşdırma zaman həmin şəxsin paytaxt sakini Nazim Məmmədov olduğu müəyyən edilib.

Nazim Məmmədov – Saxlanılan şəxs: "Xəzininən qarşısında xanım dayanmışdı. Mətbəx bıçağını xanıma yaxınlaşdırdım. İçəridə çaxnaşma çıxdı".

Saxlanılan şəxsin ətrafında araşdırmalar və zəruri istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda banka basqın - Silahlı quldur cinayət başında tutuldu

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>