MTRŞ-da 3 milyon manatın telekanallar arasında bərabər bölünməsinə dair müzakirə aparıldı

Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) özəl ümumölkə teleradio yayımçılarının ("Azad Azərbaycan" televiziyası, "Lider" televiziyası, "Xəzər" televiziyası, "Space" televiziyası, "ARB" televiziyası) rəhbərlərinin iştirakı ilə özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan prezidentinin 18 yanvar 2018-ci il tarixli sərəncamının icrasına dair görüş keçirilib.

Milli.Az xəbər verir ki, MTRŞ-dan APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının "Azerspace-1" peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan MTRŞ-ya üç milyon manat ayrılması ölkə prezidentinin teleradio yayımçılarına olan diqqət və qayğısının göstəricisi olduğu xüsusi vurğulanıb, bu vəsaitin özəl ümumölkə teleradio yayımçıları arasında bərabər şəkildə bölünməsi məsələsi ilə bağlı müzakirələr aparılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>