SOCAR 2017-ci ili mənfəətlə başa vurub

SOCAR 2017-ci il ərzində dövlət büdcəsinə 1 milyard 511 milyon 33 min manat vəsait ödəyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, şirkətin büdcə ödənişləri əvvəlki ilə nisbətən 115 milyon 577 min manat, yəni 8,3% artıb. Bundan əlavə, SOCAR 2017-ci ildə Dövlət Sosial Müdafiə Fonduna 155 milyon 984 min manat vəsait ödəyib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 8% artım təşkil edib.

SOCAR-dan qeyd edilir ki, bir neçə il əvvəl müəyyən edilmiş strateji inkişaf strategiyasının əsasında SOCAR neft-kimya və neft-qaz emalı sənayesində fəaliyyətlərini genişləndirərək, öz gəlir mənbələrinin balanslaşdırılması istiqamətində mühüm addımlar atıb. Son illərdə xam neftin qiymətinin kəskin düşməsi fonunda, neft-kimya məhsullarının daha az dəyişkənliyə məruz qalması şirkətin gəlirlərinə müsbət təsir göstərib. Nəticədə SOCAR, dünya enerji sənayesində baş vermiş böhranın təsirlərinə tab gətirərək, 2016 və 2017-ci illəri mənfəətlə başa vurmağa nail olub.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>