6 gündür yoxa çıxan kişini görüşdüyü evli qadının əri öldürübmüş -

Türkiyənin Karaman rayonunda 6 gündür axtarılan Yasin Uzunun (35) görüşdüyü iddia edilən evli qadının əri tərəfindən öldürüldüyü ortaya çıxıb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Yasin Uzunu öldürən Hikmet Y. (45) qonşusudur. Şübhəli qonşusunu odun parçası ilə döyə-döyə öldürüb. 

Polis Hikmet Y.-nin evinin bağçasında apardığı axtarış zamanı Yasin Uzunun cəsədini çuxurda aşkar edib. 

Şübhəli Hikmet Y.-nin sosial şəbəkə hesabında Yasin Uzunun itməsi xəbərləri ilə bağlı paylaşım etdiyi ortaya çıxıb.

Saxlanılan 5 nəfərin dindirilməsi davam edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qonşusunun arvadı ilə görüşdüyünü öyrəndi

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>