Dövlət İdarəçilik Akademiyasında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı konfrans keçirilib

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün qeyd edilməsi ilə əlaqədar təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq elmi konfrans keçirilmişdir. Konfrans başlanmazdan əvvəl şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Milli.Az bildirir ki, konfransı Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov açaraq 1990-cı ilin 20 Yanvar faciəsinin tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olduğunu, keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktının insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu bildirmiş, faciənin xalqımızın əbədi yaddaşına əbədi həkk olunduğunu, eyni zamanda tariximizə qürur, qəhrəmanlıq günü kimi yazıldığını qeyd etmişdir. Akademik U.Ələkbərov ümummilli lider Heydər Əliyev oğlu İlham Əliyevlə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında kəskin bəyanatla çıxış etdiyini, Bakıda törədilən qırğınların təşkilatçılarını cinayətkar adlandırmış, baş verənlərə siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını qətiyyətlə tələb etdiyini xatırlatmışdır. Ulu Öndər siyasi hakimiyyətə qayıdışından sonra da Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün həmin tarixi Ümumxalq hüzn günü elan etmiş, hadisəyə rəsmi siyasi və hüquqi qiymət verilmişdir. Rektor bildirilmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərir. Konfransda çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elman Nəsirov, Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Aydın Mirzəzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası "Siyasi idarəetmə fakültəsi"nin dekanı, siyasi elmlər doktoru Elçin Əhmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası "Tarix" kafedrasının professoru Musa Quliyev və digərləri zaman keçdikcə tariximizin həm qəhrəmanlıq səhifələrini, həm də faciəli səhifələrini yad etməyin, gələcək nəsillərə xatırlatmağın əhəmiyyətli olduğunu, bunların içərisində 20 Yanvar faciəsi, eyni zamanda o günlər göstərilən qəhrəmanlıq, şücaət və xalqın birliyinin hamıya örnək olmasını-bu gün yaşayanlara da, gələcək nəsillərə də çatdırılmasının vacibliyini, bu hadisələrin unudulmadığını, günahsız insanların əziz xatirəsinin, xalqımız tərəfindən hər zaman yaşayadılacağını bildirmişlər. Elmi konfransdan sonra Dövlət İdarəçilik Akademiyasının müəllim və tələbə heyəti Şəhidlər Xiyabanına anım yürüşü keçirib. Sonda yürüş iştirakçıkarı tərəfindən şəhidlərin məzarları üzərinə qərənfillər qoyulub, faciə qurbanları hörmətlə anılıb.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>