Pornoulduz Trampla intim münasibətlərindən danışdı

Donald Trampın aralarındakı əlaqə barədə susması üçün pul ödədiyi iddia edilən pornoulduzun 2011-ci ildə dediklərinin təfərrüatları dərc olunub.

Əsl adı Stephanie Clifford olan Stormy Daniels iddia edir ki, o, 2006-cı ildə, Melania Trampın dünyaya övlad gətirməsindən dörd ay sonra onun əri Donald-la intim münasibətdə olub.

Porno aktyorunun dediyinə görə, onlar məşhurların qolf çempionatında tanış olublar.

Daniels-in Trampın seksual qabiliyyəti də daxil, onunla münasibətləri barədə verdiyi açıq-saçıq müsahibə ABŞ jurnallarından birində dərc edilib.

Milli.Az BBC-yə istinadən bildirir ki, bundan əvvəl yayılmış xəbərlərdə aktrisanın mətbuata məlumat verməmək barədə ödənişli müqaviləni imzaladığı bildirilirdi.

Ötən həftə məlum olmuşdu ki, Trampın vəkili seçkidən az əvvəl bu münasibətlər barədə susması üçün Danielsə 130 min dollar ödəyib.

"Wall Street Journal" qəzeti xəbər verir ki, sövdələşmə barədə razılaşmanı 2016-cı ilin oktyabrında Trump Organisation şirkətinin baş hüquqşünası Michael Cohen əldə edib.

Buna baxmayaraq müsahibənin 2011-ci ildə, yəni susmaq barədə iltizam verilməzdən əvvəl yazıldığı xəbər verilir. İndi bu müsahibənin geniş mətni çərşənbə günü mediada dərc olunub.

Daniels indiyədək 150 porno filmində çəkilib.

Aktrisa "In Touch" jurnalına deyib: "Əslində mən bunu niyə etdiyimi bilmirdim, amma yadımdadır ki, seks vaxtı ona deyirdim ki, mənə pul verməyə çalışmasın".

Daniels Trampla seksi "ortabab" adlandırır.

O iddia edib ki, cənab Trampla 2006-cı ilin iyulunda məşhurların American Century adlı qolf turnirində tanış olub.

"O elə hey mənə baxırdı və axırda biz eyni avtokarta mindik" – deyib aktrisa. O bildirib ki, daha sonra Trump ondan telefon nömrəsini istəyib.

"Sonra o məni həmin gecə şama dəvət etdi və mən "əlbəttə" dedim" – deyir Daniels.

O nəql edir ki, Trampın otel otağına gələndə onun Keith adlı cangüdənlə və əynində pijama televizora baxdığını görüb.

Daha sonra isə Tramp çarpayının kənarında oturaraq "gəl bura" deyib.

Daniels-in dediyinə görə, sonra onlar öpüşməyə başlayıblar.

Daniels iddia edir ki, Tramp seksdən sonra elə durmadan deyirmiş: "Sənə mütləq zəng edəcəyəm. Mən səni yenə də görməliyəm. Sən əlasan. Gərək səni The Apprentice verilişimə çəkim".

Aktrisa bildirib ki, onlar Trampla onun Los Angeles-dəki mülkü də daxil olmaqla bir neçə dəfə görüşüblər.

Prezidentin şəxsi vəkili Cohen deyib: "Prezident Tramp xanım Danielslə hər hansı əlaqələrini bir daha qətiyyətlə təkzib edir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>