“Səhvlərimiz oldu, mənim də, sənin də, artıq anladıq” -

Atası ilə tez-tez mübahisə edən Əmrahın oğlu Tayfun Ərdoğan İnstaqram səhifəsində yeni paylaşım edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Tayfun atası ilə çəkdirdiyi şəklini hesabında yerləşdirərək onunla barışmaq üçün addım atıb:

"Bilirəm, şəkli görüb ya mənə hirslənəcəksən, ya da içində bir boşluq yaranacaq. Çətindir, bilirəm, amma nə olardı mənə zəng vurardın "Gəl, oğlum, 6 il oldu, nə vaxtadək bu davam edəcək" desəydin. Əvvəlki kimi ata-oğul qürurlu-qürurlu şəkil çəkdirərdik… Bir səhər yeməyində yediyimiz fotonu paylaşardın…Futboldan mərcə girərdik….Nə olardı "Səhvlərimiz oldu, mənim də, sənin də, artıq anladıq, gəl" desəydin. Mən də qaça-qaça gələrdim və əlindən öpərdim…

Unutma, mən sənə heyran olan və səni ideal biri kimi görən oğlunam və bir gün sənin mükafatını əvəzinə gedib almaq ümidi ilə yaşayıram. Bağışlamaq Allaha məxsusdur. Günah işlətmək isə insanlara. Bunları oxuduqdan sonra ümid edirəm, keçmiş günləri, başımı tumarladığın illəri xatırlayarsan. Səni sevirəm, ata!".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>