Axıril-zamanda bizləri nə gözləyir?

Məsumlarımız (ə) bizlərə axıril-zamanda baş verən hadisələrdən xəbər vermişdir ki, bu ürək ürpərdən hadisələrin bəzisi ilə biz də tanış olaq.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Elə bir ruzigar gəlib çatacaqdır ki, Allahın dini tikə-tikə olacaqdır. Mənim sünnətim onları üçün bidət, bidət onlar üçün sünnət olacaqdır. Böyük şəxsiyyətləri hiyləgər adlandıracaqlar. Hiyləgər şəxslər isə insanlar üçün şəxsiyyətli hesab olunacaqdır.
Mömin onlar üçün həqir və dəyərsiz olacaqdır. Fasiq isə onlar üçün möhtərəm və dəyərli olacaqdır. Uşaqları çirkin, axmaq və ədəbsiz, qadınları həyasız və xəcalətsiz olacaqdır.
Onlara pənah aparmaq – xarlıq, onlara etimad etmək – zillət, onlardan bir şey istəmək – əyninə dərviş libası geyinmək, çarəsizlik və arlıq mənbəyi olacaqdır.
O zaman Allah onları yağışdan məhrum edər və münasib olmayan zamanda onlara yağar".
 
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "İnsanlar üçün elə zaman gəlib çatacaqdır ki, qarınları onların tanrısı olar. Qadınları qibləgahları olar, pulları dinləri olar. Dünya mallarını özləri üçün şərəf, etibar və dəyər mənbəyi bilərlər. İmandan addan savayısı, İslamdan əsərindən savayısı, Qurandan dərsdən savayısı qalmaz. Məscidlərinin binaları abad olar, ancaq qəlbləri Allaha hidayət cəhətdən xarab olar.
O zaman Allah onları dörd bəlaya düçar edər:
1. Namuslarına təcavüz etmək.
2. Zənginlərin insanlara hörmətsizliyi.
3. Quraqlıq.
4. Ölkə hakimləri və qaziləri tərəfindən edilən zülm".
 
Səhabələr Peyğəmbərin (s) bu sözlərindən heyrətə gəlib soruşurlar: "Ya Rəsulallah! Məgər onlar bütpərəstdirlər?".
 
Həzrət (s) buyurur: Bəli, onlar üçün hər bir dirhəm və pul bütdür ki, pərəstiş həddində onlara bağlıdırlar".
 
Həzərt Peyğəmbər (s) buyurur: "Elə bir ruzigar gələcəkdir ki, insanlar alimlərdən elə qaçacaqlar ki, necə ki, qoyun canavardan qaçar. O zaman Allah onları üç bəlaya düçar edər:
1. Mallarındakı bərəkəti alar.
2. Zalımları onlara hakim edər.
3. Dünyadan imansız gedərlər".
 
Səhabələrdən biri Həzrətdən (s) soruşur: "Ya Rəsulallah! İnsanların dini necə olacaqdır?".
 
Əziz Peyğəmbər (s) buyurur: İnsanlar üçün elə zaman gələcəkdir ki, hər kəs öz dinini çətinliklə qoruyar. Dindarlıqları ona bənzəyər ki, sanki əllərində atəşi saxlayarlar".
 
Həzrət Peyğəmbəri-Əkrəm (s) başqa bir hədisdə buyurur: "Elə bir zaman gələcəkdir ki, müsəlmanlar üçün Qurandan rəsmdən savayısı, İslamdan addan savayısı qalmaz. Məscidləri bina baxımından abad, ancaq hidayət baxımından xarab olar.
İnsanlar arasında Quran və onun əhli azlıq təşkil edərlər.
Möminləri insanlar arasında olar, ancaq onların arasında olmaz. İnsanlarla olarlar, ancaq həqiqətən insanlarla olmazlar. Çünki hidayət zəlalətlə birlikdə olmaz, baxmayaraq ki, bir-birinin yanında olsa belə".
 
Yenə də Həzrət Peyğəmbər (s) buyurur: "İnsanlar üçün elə zaman gələcəkdir ki, heç bir dindarın dini sağlam qalmaz, məgər o halda ki, bir deşikdən başqa deşiyə pənah aparar. Necə ki, tülkü balaları ilə belə rəftar edər. Bu, axıril-zamandır.
O zaman insanların məişəti günahdan başqası ilə təmin olunmaz. Bu vəziyyət yaranan zaman halal aradan gedər. O ruzigarda kişi atasının və anasının əlində yolunu azar və məhv olar. Əgər ata və anası olmazsa – həyat yoldaşı və övladları tərəfindən, əgər həyat yoldaşı və övladları olmazsa – həlakəti özünün və qonşularının əli ilə olar ki, onu yoxsul olduğu üçün məzəmmət edərlər. Qorxudarlar və boynuna vəzifə qoyarlar ki, o, onun öhdəsindən gələ bilməz, o zamana qədər ki, həlakət dərəsindən süqut edər.
Axıril-zamanda fırıldaqçılar gələrlər ki, dindən sizin üçün yeni hədislər oxuyarlar. Belə ki, nə siz və nə də atalarınız belə hədislər eşitməmişsiniz. Ona görə də onlardan uzaq olun. Məbada hiylələrinə düşəsiniz".
 
Həzrət Peyğəmbər (s) buyurur: "Bu din davamlı olaraq ayaqda olacaqdır. Müsəlmanların bir dəstəsi onu müdafiə edəcəklər və onun kənarında vuruçarlar o zamana qədər ki, Qiyamət bərpa olar".
 
Həzrət (s) başqa yerdə buyurur: "Hər əsr və zamanda ümmətimdən bir dəstə olacaqdır ki, Allahın əhkamını müdafiə edəcək və müxaliflərdən qorxusu olmayacaqdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>