Tanınmış bəstəkar Elnarə Dadaşovanın yaradıcılıq gecəsi keçirilib – FOTO

Azərbaycan Televiziyasının Mədəniyyət kanalının, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə layihəsi olan tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Elnarə Dadaşovanın müəllif konserti keçirildi.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən gecədə bəstəkarın müxtəlif janrlarda və müxtəlif tərkiblər üçün yazdığı əsərlər səsləndi. Görkəmli bəstəkar Qara Qarayev məktəbinin layiqli nümayəndəsi Elnarə Dadaşovanın yaradıcılığına ön sözdə dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova ətraflı nəzər salaraq, tamaşaçılara bəstəkarın həmin gecədə səslənəcək əsərlərindən məlumat verdi.

Gecədə maraqlı nüanslardan biri də səbəbkarın da fortepiano arxasında əyləşərək solistlərini müşayiət etməsi oldu. Bu da tamaşaçılar tərəfindən gurultulu alqışlarla qiymətləndirildi. Konsertdə Azərbaycan musiqi ictimaiyyətinin görkəmli simaları da iştirak etmişdir. Sonda konsertvətənpərvər ruhlu "Alqış qeyrətinə" əsəri ilə gurultulu alqışlarla yekunlaşdı.

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>