Turkiyə Suriyanın şimalında yeni əməliyyat keçirəcəkmi?

Türkiyənin təhlükəsizlik qurumu Suriyanın şimalındakı Afrin bölgəsində kürd birləşmələrinə qarşı mümkün hərbi əməliyyatı nəzərdən keçirir.

Milli.Az BBC-yə istinadən bildirir ki, Xalq Müdafiə Birliklərinə (YPG) qarşı addımların müzakirəsi ilə bağlı Milli Təhlükəsizlik Şurasının iclası Türkiyə prezidentinin sədrliyi ilə keçib.

Yüksək rütbəli hərbçilər və hökumət rəsmilərinin qatıldığı tədbirdən əvvəl Recep Tayyip Erdoğan Suriyadakı "terror yuvalarını" məhv edəcəyi barədə bəyanatlar verib.

Çərşənbə günü Suriyanın şimalındakı Mənbic şəhəri yaxınlığında Türkiyənin dəstəklədiyi üsyançılar Azad Suriya Qüvvələrinin (SDF) tərkib hissəsi olan YPG-ə hücum edib.

Bu barədə kürdcə yayımlanan Rojava kanalı xəbər verir.

Ankara YPG qüvvələrini terrorçu saydığı PKK-nın qolu hesab edir.Ankara YPG qüvvələrini terrorçu saydığı PKK-nın qolu hesab edir.

Amerika SDF birləşmələrini özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya qarşı mübarizədə mühüm müttəfiq olaraq görür.

ABŞ-ın kürdlərə dəstəyi iki ölkə arasında gərginliyi daha da artırır.

Afrin istiqamətində potensial əməliyyat ötən il həyata keçirilən Fərat Qalxanıəməliyyatının davamı kimi görülür.

Türkiyə bu əməliyyata İD qruplaşmasını öz sərhədlərindən uzaqlaşdırmaq və kürd dəstələrinin hücumunu dayandırmaq məqsədilə başlamışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>