Azərbaycanda qədim Quran tapıldı – VİDEO

Samux sakini evindən qızıl haşiyələrlə işlənmiş qədim quran tapıb. Yaşı 150 ildən artıq olan tikilidən tapılan müqəddəs kitabın azı 4 əsr əvvələ aid olduğu güman edilir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Samux rayonunun Ziyadlı kəndində yaşayan Rauf Bayramov həyətlərindəki qədim tikilidən qədim Qurani Kərim tapıb. Kəndin mollası olan Rauf Bayramov deyir ki, onun babasının babası da kəndin axundu olub və bu kitab onun əmanətidir.

Bir müddət əvvəl tapılan kitab qızıl suyu ilə haşiyələnib. Sahibi bu faktı zərgərlərə də yoxladaraq əmin olub. Ev sahibi həm də bildirir ki, kitabın yaşı daha qədim ola bilər.

Rauf Bayramov deyir ki, qədim tikilidən başqa kitablar da tapılıb. Ancaq onların bir qismi müəyyən qədər aşınıb. Qurani Kəriminsə sadəcə cildi sıradan çıxıb. İndi o,bu kitabın tarixinin araşdırılmasını istəyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Evdən qədim Quran kitabı tapıldı

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>