Şəkidə 56 yaşlı qadın özünü qəbiristanlıqda niyə asıb?

Şəkidə dəhşətli olay baş verib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, rayon sakini Gülşad Ələkbər qızı İsgəndərova intihara cəhd edib.

O, qəbiristanlığa gedərək, özünü valideyninin qəbrinin yanındakı dirəkdən asıb. Qadını son anda Şəki rayon Polis Şöbəsinin əməkdaşları xilas edib.

Gülşad İsgəndərova travmatik şok vəziyyətində Şəki Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Rayon sakinlərinin verdiyi məlumata görə, qadının banka xeyli borcu olub.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>