Qurban Qurbanovun qərarı Rusiya mətbuatının gündəmində – VİDEO

Dünən "Qarabağ" və Rusiyanın "Kuban" klubları arasında baş tutan matçda futbol meydanlarında nadir hallarda biri yaşanıb.

Milli.Az xəbər verir ki, oyunun 40-cı dəqiqəsində türk hakim qonaq komandanın qapısına səhv penalti təyin edib. Bu vəziyyət hər iki komandanın oyunçularını təəccübləndirib. Lakin komandamızın baş məşqçisi Qurban Qurbanov 11 metrlik cərimə zərbəsini yerinə yetirən Mahir Mədətova topu qapıdan kənara vurmasını deyib və gənc oyunçu məşqçisinin tapşırığını yerinə yetirib.

Belə bir jest həm "Kuban" komandasının oyunçuları, həm də oyunu izləyən azarkeşlər tərəfindən alqışlanıb. Rusiya mətbuatı da bu hadisəyə bigəna qalmayıb.

Qeyd edək ki, matç 2:2 hesabı ilə bərabərə bitib.

Adil Nəcəfov
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qurban Qurbanovun qərarı Rusiya mətbuatının gündəmində

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>