Azərbaycan Bolqarıstanla əlaqələri genişləndirir – FOTO

Milli Məclisin Azərbaycan-Bolqarıstan Parlamentlərarası Dostluq Qrupunun sədri Rauf Əliyev başda olmaqla Azərbaycandan olan deputatlar Bolqarıstanın paytaxtı Sofiya şəhərində səfərdədirlər. Səfər Bolqarıstan Respublikasının 44-cü Xalq Məclisinin Bolqarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Həmid Həmidin dəvəti ilə baş tutub. 

Milli.Az xəbər verir ki, millət vəkilləri Ağacan Abiyev və Sabir Hacıyevin də iştirak etdiyi səfər çərçivəsində  Azərbaycan nümayəndə heyəti Bolqarıstan Respublikasının 44-cü Xalq Məclisində Bolqarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri, Xalq Məclisinin sədri Tsveta Karayançeva ilə görüşüb. Görüşlərdə ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın perespektivləri, münasibətlərin daha da möhkəmləndirilməsi, parlamentlərarası əməkdaşlığın inkişafı və digər məsələlər baradə fikir mübadiləsi aparılıb. Görüşlər zamanı "Azərbaycan-Bolqarıstan Parlamentlərarası Dostluq Qrupu"nun sədri Rauf Əliyev iki ölkə arasında əlaqələrin inkişafından, Azərbaycan və Bolqarıstan parlamentləri arasında əlaqələrin səviyyəsindən, Azərbaycan-Bolqarıstan Parlamentlərarası Dostluq Qrupunun fəaliyyətindən, bu sahədə əldə olunmuş uğurlardan və əməkdaşlığın perspektivlərindən danışıb.

Qeyd edək ki, millət vəkilləri Bolqarıstana səfərə 16 yanvar 2018-ci il tarixdə açılmış Bakı-Sofiya ilk birbaşa hava reysindən istifadə edərək gediblər. Bu hava reysi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dəvəti ilə 13 oktyabr 2017-ci il tarixdə baş tutmuş Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin ölkəmizə rəsmi səfəri zamanı Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti "Buta Airways" tərəfindən 16 yanvar 2018-ci il tarixdən etibarən  Bakı-Sofiya birbaşa hava əlaqəsinin hayata keçirilməsinə dair razılığa əsasən fəaliyyətə başlayıb.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>