13 uşağı əsir saxlayan məktəb direktorunun evindən çıxanlar

ABŞ-ın Kaliforniya ştatında bir cütlüyün 13 nəfər qaranlıq otaqda yatağa zəncirlənmiş və ac saxlaması barədə məlumat vermişdik.

Milli.Az Dailymail-ə istinadən xəbər verir ki, uşaqlara işgəncə edən cütlüyün villasından çıxanlar görənləri dəhşətə gətirib.

Qeyd edək ki, qorxunc cinayətin üstü 17 yaşlı bir qızın olay yerindən qaçmağı bacarması sayəsində üzə çıxıb. Evdə tapılan uşaqların çox solğun və halsız halda olduqları deyilir.

Bazar günü qaçdığı deyilən gənc qızın evdə tapdığı bir mobil telefonla polislərə zəng etdiyi, valideynlərinin özü ilə yanaşı,12 bacı-qardaşını əsir tutduğunu söylədiyi bildirilir.

57 yaşlı David Allen Turpin və 49 yaşlı Louise Anna Turpinin evindən yaşları 2 ilə 29 arasında dəyişən 13 nəfər tapılıb.

Reuters-ə cütlük haqqında danışan qonşular isə "Onların haqqında bir şey bilməyimiz heç cür mümkün deyildi. Onların bir yerə getdiyini, ya da kiminsə onlara gəldiyini görə bilməzdiniz. Sadəcə, bəzən çölə çıxıb, marketdən alış-veriş etmək üçün gedərdilər" deyiblər.

David Allen Turpinin Kaliforniyada məktəbdə müdir vəzifəsində çalışdığı deyilir.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>