Rusiya Çinə S-400 zenit-raket sistemlərinin tədarükünə başladı

Rusiya Çinə "Triumf" S-400 zenit-raket sistemlərinin tədarükünə başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə TASS-a Rusiya hərbi-texniki əməkdaşlıq sistemindəki mənbə deyib.

O qeyd edib ki, tədarük 2014-cü ildə imzalanmış müqaviləyə uyğun olaraq həyata keçirilir və sifarişçiyə artıq bir polk dəsti göndərilib.

Mənbənin sözlərinə görə, dəstin tərkibinə komanda məntəqəsi, radiolokasiya stansiyası, enerji və yardımçı avadanlıqlar, ehtiyat hissələr, alətlər və digər elementlər daxildir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>