Rəhmətə gedən şəxsin ailəsi cəsədi götürmək üçün morqa girəndə ŞOKA DÜŞDÜ

İstanbulda qəfl halı pisləşən şəxs xəstəxanaya çatdırılıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, tənəffüs və ürək döyüntüsünün olmadığını görən həkimlər, 40 dəqiqə "canlandırma" əməliyyatı həyata keçirsələr də, nəticəsiz qalıb. Səhər 11:00-da "öldü" deyə qeyd edilən xəstə, morqa aparılıb.

14:30-da cənazəni götürmək üçün morqa gedən yaxınları "ölü"nün nəfəs aldığını görüblər. Xəstə dərhal reanimasiyaya götürülüb. Lakin 10 gün sonra, həqiqətən, dünyasını dəyişib.

Mərhumun ailəsi xəstəxana səlahiyyətlilərindən hüquq-mühafizə orqanlarına şikayət edib. 

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>