Axtardığı qızlarını Adnan Oktarın verilişində görən ata

Avstriyada yaşayan şəxs uzun zamandır xəbər alamadığı 2 qızını Adnan Oktarın proqramında görüb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, qarşılaşdığı mənzərədən həyatının şokunu yaşayan 44 yaşlı ata Elvan Koçak Türkiyəyə gələrək Oktardan hüquq-mühafizə orqanlarına şikayət edib.

7 il öncə ayrıldığı həyat yoldaşı Gülperi T.-nin övladları Ş.K.(19), B.K.(17) və oğlu M.K(17) ilə birlikdə Türkiyəyə getdiyini və uşaqlarından uzun müddət xəbər ala bilmədiyini deyən kişi bu həftə sonu bir qohumlarının "Sənin qızların Adnan Oktarın yanında" sözləri ilə dəhşət yaşadığını bildirib. Elvan Koçak "Qızlarımdan B. və əkizi olan M.-nin hələ 17 yaşları var. Təhsillərini yarımçıq qoyub Adnan Oktar tərəfindən yeri bəlli olmayan bir oteldə saxlanıldıqlarını eşitmişəm. Uşaqlarımdan, sadəcə, Ş. mesajlarıma cavab verir. O mesajları da qızımın yazdığına inanmıram. Çünkü Ş.-nın türkcəsi və yazma tərzinə bənzəmir" deyib.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Axtardığı qızlarını Adnan Oktarın verlişində görən ata HƏYATININ ŞOKUNU YAŞADI

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>