Qalaktik GPS sistemi sınanır

ABŞ Kosmik Agentliyi rentgen pulsar siqnallarının istifadə olunduğu naviqasiya sisteminin uğurlu sınaqlarını keçirib. Bu barədə agentliyin saytında deyilir. 

Milli.Az ICTnews-a istinadən bildirir ki, eksperiment Beynəlxalq Kosmik Stansiyada quraşdırılan "NICER" (Neutron-star Interior Composition Explorer) aparatı vasitəsilə aparılıb. Qurğu 2017-ci ilin noyabrında iki həftə ərzində 4 pulsarı izləyib və onların siqnalları əsasında kosmik stansiyanın orbitin hansı nöqtəsində olmasını müəyyənləşdirib.
 
Məlumata görə, əldə olunan koordinatlar "GPS" sisteminin informasiyası ilə müqayisə edildikdən sonra məlum olub ki, "NICER" Beynəlxalq Kosmik Stansiyanın 16 km radius dairəsində olduğu yerin hesablamasını aparıb. Bu nəticə eksperiment ərzində olduğu kimi qalıb.
 
Qeyd olunur ki, "GPS" sistemi yeri bir neçə metr dəqiqliklə müəyyənləşdirir, lakin məsafənin milyonlarla kilometr ölçüldüyü kosmosda belə dəqiqlik tələb olunmur. Agentlik "NICER" aparatının yüz metr dəqiqliyinə nail olmaq niyyətindədir.
 
Qeyd edək ki, pulsarlar güclü maqnit sahəsi ilə fırlanan neytron ulduzlar olmaqla radio və rentgen şüalanma mənbələridir. Pulsar siqnalları Yerə mütəmadi təkrarlanan impulslar şəklində gəlib çıxır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>