Windows 10 nə qədər yayılıb?

"NetMarketShare" servisinin məlumatına görə, "Windows 10" platforması qlobal əməliyyat sistemləri (ƏS) bazarının 33%-nə nəzarət edir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ekspertlərin məlumatına görə, 2017-ci ilin dekabrında "Windows 10" əməliyyat sistemi dünyadakı masaüstü kompüter və noutbukların 32,9%-nə quraşdırılıb ki, bu da ötən ilin noyabr ayı ilə müqayisədə 1% yüksəkdir. Bu müddət ərzində "Windows 7" sisteminin bazar payı dəyişməyərək təxminən 43% təşkil edib.

5,71% bazar göstəricisinə malik "Windows 8.1" platforması qlobal ƏS bazarında üçüncü yerdə qərarlaşıb.
2017-ci ilin noyabrında "Microsoft" korporasiyası məlumat verib ki, "Windows 10" sistemi 600 milyon qurğuya quraşdırılıb. "Windows 10" əməliyyat sistemi 2015-ci il iyulun sonunda təqdim edilib. İlk gündə sözügedən ƏS 14 milyon, 3 həftə sonra isə 53 milyon kompüterə quraşdırılıb. 2016-cı ilin sentyabrında bu göstərici 400 milyon olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>