Xaricdəki Azərbaycan alimlərinin sayı dəqiqləşdirilir

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) xaricdə fəaliyyət göstərən azərbaycanlı alimlərin elektron bazası yaradılır.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır.

İ.Həbibbəyli bildirib ki, elektron bazanın yaradılmasında məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan və çalışan Azərbaycan alimləri haqqında informasiyaların toplanmasıdır. Bazada alimlərin tərcüməyi-halları, elmi işləri haqqında məlumatlar öz əksini tapacaq:

"Həmin baza AMEA-nın müvafiq qurumlarına dünyanın müxtəlif ölkələrində çalışan tanınmış soydaşlarımızla əlaqə yaratmağa kömək edəcək. Digər tərəfdən, biz soydaşlarımızla birgə layihələr həyata keçirə biləcəyik. Onlar öz çalışdıqları ölkələrdə olan qrant proqramlarına, layihələrə Azərbaycanın elmi müəssisələrinin cəlb olunmasına kömək edə biləcəklər. Biz də Azərbaycanda soydaşlarımızın birgə fəaliyyət tələb olunan proqramlarda, layihələrdə iştirakına çalışacağıq. Bu, həm də elmi əlaqələrin daha da inkişaf etməsinə kömək edəcək".

İ.Həbibbəyli bildirib ki, hazırda AMEA tərəfindən xaricdə fəaliyyət göstərən Azərbaycan alimlərinin sayı da dəqiqləşdirilir.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>