Bakının böyük bir hissəsində həyat dondu

Bu gün Bakının Xətai rayonun çox ərazisində səhər saatlarından qaz olmayıb.

Milli.Az pressclub.az-a istinadla xəbər verir ki, rayonun General Mehmandarov, İnqilab İsmayılov və digər küçələrində Əhmədli qəsəbəsində mavi yanacağın təchizatı dayandırılıb.

Sakinlər bildirirlər ki, "Azəriqaz" "qaynar xətti"nə hər zamankı kimi düşmək mümkün olmayıb. Davamlı məşğul göstərib. Hava soyuq olduğundan insanlar evlərində çətin anlar yaşayıblar.
Xatırladaq ki, "Azəriqaz" İB bu gün bir sıra rayonlarda qaz təchizatının olmayacağı ilə bağlı məlumat yaymışdı. Bildirilirdi ki, Bakının Yasamal, Nəsimi və Xətai rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq.
Məlumatda bunun səbəbinə də aydınlıq gətirilirdi: "İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə yeni çəkilmiş diametri 325 və 200 mm-lik polietilen orta təzyiqli yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, aşkar olunmuş qaz sızmalarının eləcədə qeyri-qanuni qoşulmaların ləğvi ilə əlaqədar, yanvar ayının 17-də saat 10:00-dan işlər yekunlaşanadək Xətai,Yasamal və Nəsimi rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Aparılan işlərin Abşeron rayonu Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş Güzdək, Aşağı Güzdək və Çiçək qəsəbələrinin qaz təchizatına təsir göstərməsi mümkündür.
Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir".
Sakinlər isə ilin soyuq fəslində qaz təchizatında təmir səbəbindən olsa belə, bu qədər fasilə yaranmasını düzgün hesab etmirlər. Qeyd edilir ki, səhər saatlarından kəsilən qaz saat 19:00-u keçməsinə baxmayaraq hələ verilməyib.
Kombi və mərkəzi istilik sistemi ilə qızdırılan mənzillərdə bu səbəbdən ciddi narahatlıqlar yaranıb. Həm sağlamlıq, həm də qidalanmaq baxımından. Sakinlər aidiyyəti orqanları məsuliyyətsilikdə ittiham edilər.

Milli.Az 

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>