“Özümə nifrət edirəm” – Keçmiş məhkum narkotikə görə saxlanıldı – VİDEO – FOTO

Salyanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini saxlanılıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, belə ki, daxil olmuş məlumat əsasında Salyan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Salyan şəhəri ərazisində əməliyyat tədbirləri həyata keçirilib.

Uğurlu əməliyyat tədbirləri nəticəsində Mirbağır Ağazadə küçəsi, ev 42-də yaşayan, Salyan şəhər sakini, 59 yaşlı İbrahim Məmədov şübhəli şəxs qismində saxlanılıb.

İlkin istintaq zamanı İbrahim Məmmədov törətdiyi cinayəti etiraf edib. İbrahim Məmmədov əvvəllər də narkotik vasitələrinin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşayıb.

İbrahim Məmədov – Saxlanılan şəxs: "And olsun Allaha, yeri göyü yaradana ona əlimi də vurmaram. Ona görə ki, gəldim bura çıxdım, özüm özümə nifrət etdim".

Hazırda faktla bağlı Salyan rayon Polis şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işinə başlanılıb, istintaq tədbirləri davam etdirilir. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>