Oqtay Əsədov: “Azərbaycan-Türkiyə münasibətləri digər dövlətlər üçün nümunədir”

Milli Məclisin Sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici işlər komissiyasının rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli.Az xəbər verir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, spiker qonaqları səmimi salamlayaraq bildirib ki, ölkə rəsmiləri arasındakı görüşlər, regional məsələlərə dair müzakirələr artıq müntəzəm xarakter alıb.

O.Əsədov bildirib ki, dövlət başçılarının səyləri nəticəsində əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. O bildirib ki, Azərbaycan-Türkiyə əməkdaşlığı parlamentlər səviyyəsində də müvəffəqiyyətlə davam etməkdədir.

Sədr vurğulayıb ki, ümumiyyətlə, Azərbaycan-Türkiyə münasibətləri digər dövlətlər üçün nümunədir.

Sədr Milli Məclislə TBMM arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq, parlamentdə Türkiyə ilə dostluq qrupunun ən böyük qrup olduğunu söyləyib.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komissiyasının rəhbəri Volkan Bozkır ölkəmizə səfərindən və burada keçirdikləri görüşlərdən məmnun qaldıqlarını bildirib. Qeyd edilbi ki, TBMM-nin Xarici işlər komissiyası üzvlərinin cari ildə ilk səfəri məhz Azərbaycana olub. V.Bozkır bildirib ki, bu səfərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Bakının işğaldan azad olunmasının bir əsrlik yubileyi ərəfəsində baş tutması özü bir rəmzi məna daşıyır.

Qəbulda digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin Səhiyyə komitəsinin sədri və Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>