Samiraldo ilə tropik quşunun qışqırığı, meymunun çəngəllə tort yeməsi… – FOTO

Ötən gün tanınmış sənətçilər və onların övladlarının iştirakı ilə maraqlı anlar yaşanıb.

Milli.Az-ın məlumatına görə, Xırdalan şəhərində "AAAF Park" kompleksində yerləşən canlı heyvanlarla təmas qura biləcək ideal məkan olan "Zooland" heyvanxanasının açılış mərasimi keçirilib. Təşkilatçı və adıçəkilən məkanın marketinq meneceri Lətafət Cəfərovanın təşkilatçılığı ilə keçirilən tədbirdə stilist Samiraldo (Samir Əliyev), əməkdar artistlər Elza Seyidcahan, Mətanət İsgəndərli, müğənnilər Aytac Vidadiqızı, Aygün Ağayeva, Məcid Şamiloğlu, o cümlədən balaca Nuray və valideynləri iştirak ediblər.

L.Cəfərova bildirib ki, "Zooland"in fəaliyyət göstərməsində məqsəd uşaqları pis vərdişlərdən uzaq tutmaq, xüsusilə saatlarla kompüter qarşısında olmaqdan ayırmaqdır: "Burada uşaqlar nəzarətçilər sayəsində canlı heyvanlarla təmas quracaqlar və heyvanlara qarşı sevgi hissiylə yanaşacaqlar. Bu da onlara xoş təsir bağışlayacaqdır. Uşaqlarda heyvanlara qarşı mənfi fikirlər formalaşmasın deyə, onlar maarifləndiriləcəklər".

Şaxta Baba, şən klounlar və animatorların qatıldığı tədbirdə meymunun kübarlara layiq çəngəl ilə tort yeməsi və Samiraldo ilə tropik quşunun birlikdə qışqırması maraqlı anlardan olub.

Zərif Nisə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>