Uber-in fırıldağı aşkarlandı

Digər ölkələrdəki ofislərdə polis axtarışı zamanı ordakı kompüterləri uzaqdan block etməyə imkan verən xüsusi tətbiqdən "Uber" şirkəti minimum 24 dəfə istifadə edib.
Milli.Az technote.az-a istinadən bildirir ki, bu barədə Bloomberg saytı hadisə ilə yaxından tanış olan 3 anonim insana istinadən bildirib. "Uber"in özündə həmin tətbiqi Ripley adlandırıblar. Anonim şəxslərin verdikləri məlumata əsasən polis axtarışları zamanı kimsə şirkətin San Fransiskodakı baş ofisinə zəng edirdi. Daha sonra baş ofisdəki şəxslər operativ olaraq sözügedən tətbiqi işə salaraq axtarışın getdiyi ofisdəki kompüter və smartfonlara girişi blocklayırdılar. Bu səbəbdən polislər heç bir məlumat əldə etmədən əliboş geri qayıdırdılar.

Bu cür təcili düymələr bir çox şirkətlərdə var. Lakin həmin şirkətlər ondan "Uber" kimi mütəmadi istifadə etmirlər. Məlumata əsasən Ripley tətbiqindən 2015-ci ilin yaz fəslindən 2016-cı ilin sonunadək mütəmadi istifadə edilib. Bu tətbiqdən istifadə hallarından biri də 2015-ci ilin May ayında olmuşdu. Şirkətin Kvebek şəhərindəki (Kaliforniya) ofisinə 10 nəfər polis əməkdaşı gəlmişdi. Lakin onlar da heç bir məlumat almadan əliboş qayıtmışdılar. Anonim şəxslər həmçinin qeyd ediblər ki, tətbiqin son versiyası seçilmiş məlumatların polis əməkdaşları kimi insanlara verilməsi funksiyasını özündə birləşdirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>