Xızıda partlamamış hərbi sursat aşkarlandı

Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Xızı rayonunda aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında gündəlik operativ məlumat yayıb.

ANAMA-dan Milli.Az-a verilən məlumata görə, Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA və Fövqəladə Hallar Nazirliyi (FHN) birgə təmizləmə əməliyyatı keçirib.

Partlayış baş vermiş hərbi hissənin ətrafına baxış zamanı 172 ədəd partlamamış hərbi sursat (PHS), 172 ədəd partlamış-yanmış mərmi qalıqları və 884 kq yandırma məhsulu aşkar edilərək götürülüb. Nəticə etibarilə 305 000 kv.m (30.50 ha) ərazi yoxlanılıb.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>