Bakıda xarici ölkə vətəndaşının yaşadığı evdən oğurluq edilib.
Milli.Az lent.az-a istinadən bildirir ki, Braziliya vətəndaşı Kurt Haddov Rimond Heinz polisə müraciət edərək bildirib ki, Badamdar küçəsi 6 ünvanında yaşadığı mənzildən naməlum şəxs və ya şəxslər tərəfindən əşyaları oğurlanıb. Şikayətçi həm ev əşyalarının, həm də şəxsi əşyalarının götürüldüyünü qeyd edib.
Araşdırma aparılır.
Milli.Az
Mənbə: milli.az