Şərqi Çin dənizində yanan tankerin heyət üzvləri ölüb

Yanvarın 6-da Şərqi Çin dənizində Honkonqa məxsus yük tankeri ilə toqquşan neft tankerinin heyət üzvlərinin hamısı ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Press TV"  İran Hərbi Dəniz Qüvvələrinə istinadən məlumat yayıb.

Qeyd edək ki, yanvarın 6-da axşam İran şirkətinə məxsus olan və Panama bayrağı altında üzən SANCHI tankeri Honkonqa məxsus CF CRYSTAL yük gəmisi ilə toqquşub. Yük gəmisinin göyərtəsində olan 21 nəfər xilas edilib. Tankerin göyərtəsində isə 30 İran və 2 Banqladeş vətəndaşı olub. Tankerdə 136 min ton qaz kondensatı olub. Ötən həftənin cümə axşamı Çin Nəqliyyat Nazirliyi tankerdə partlayış və yanğın baş verdiyini açıqlayıb. 

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>