Tramp Maykl Vulfu “psixi xəstə” adlandırdı

ABŞ prezidenti Donald Tramp "Od və qəzəb: Trampın Ağ evinin daxilində" kitabının müəllifi Maykl Vulfu "psixi xəstə" adlandırıb.

Milli.Az report.az-a istinadən bildirir ki, kitab prezident tərəfindən "Twitter"də xatırladılıb.

Tramp yenidən kütləvi informasiya vasitələrini yalan məlumat yaymaqda ittiham edib.

"Onlar hətta düzgün məlumat çatdırmağa və ya səhv olduğu təqdirdə onu düzəltməyə belə cəhd göstərmirlər. Onlar bilərəkdən yalan yazan və psixi xəstə olan müəllifin kitabını təbliğ edirlər. Aparıcı KİV-lər bizim seçkiləri qazanmağımızdan dəli olurlar", – deyə Tramp bildirib.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>