Meksikada daha bir jurnalist qətlə yetirildi

Meksikanın Tamaulipas ştatında dərc edilən "Diario de Nuevo Laredo" nəşrində çalışan  jurnalist Karlos Dominqes qətlə yetirilib.  

Milli.Az APA-ya istinadən xəbər verir ki, K.Domonqes şəxsi avtomobilini idarə edərkən naməlum şəxslər tərəfindən öldürülüb. İnsident zamanı onun yanında qızının olduğu bildirilir. K.Dominqes siyasi mövzularda köşə yazılarının müəllifi olub.  

Baş Prokurorluq araşdırmalara başlayıb.

Bir neçə gün əvvəl Meksikanın paytaxtında tanınmış jurnalist Xose Xerardo Martines qətlə yetirilib.

Qeyd edək ki, Meksikada 2017 il ərzində 12 jurnalist öldürülüb. 

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>