Şirvanda fərdi yaşayış evinin çardağı çöküb, xəsarət alan var – FOTO

Şirvan şəhərində birmərtəbəli fərdi yaşayış evinin dam örtüyü təmir zamanı çöküb, bir nəfər ağır xəsarət alıb

Milli.Az APA-ya istinadən xəbər verir ki, ötən gün Şirvan şəhəri, M.Mirzəyev küçəsi 17/d ünvanında fərdi yaşayış evinin dam örtüyünün uçması nəticəsində 1986-cı il  təvəllüdlü Əliyev Rövşən Ramiz oğlu dağıntılar altında qalaraq ağır xəsarətlər alıb. Dam örtüyünün uçmasına səbəb aparılan təmir işləri səbəb olub. Nəticədə dağıntılar altında köməksiz vəziyyətdə qalan R.Əliyevi hadisə yerinə cəlb olunmuş FHN Mülki Müdafiə Qoşunlarının müvafiq xilasetmə qüvvələri tərəfindən çıxarılıb. Yaralı təcili tibbi yardım maşını ilə Şirvan şəhər xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
 
Yaralının vəziyyəti orta-ağır stabildir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>