‘SpaceX’ şirkətində çalışmaq nə deməkdir?

Artıq ikinci ildir ki, "SpaceX" işə düzəlmək üçün ən yaxşı şirkətlərdən biri hesab olunur. Bu cür reytinq isəGlassdoor saytındakı rəylər nəticəsində tərtib olunur. "SpaceX"in HR üzrə vitse-prezidenti Brian Bjelde işə düzəlmək barəsində bütün incəliklər və insanların nəyə görə Elon Musk-ın şirkətində çalışmaqdan xoşlarının gəldikləri barəsində danışıb.

Milli.Az technote.az-a istinadən bildirir ki, "SpaceX"də sizin CV məlumatlarına fikir verilməsi üçün nə etmək lazımdır? İlk öncə "SpaceX" öz işinə və məqsədyönlülüklərinə böyük ehtiras bəsləyən bacarıqlı kadrları axtarır. Şirkət artıq şirkətdə çalışan insanlardan daha bacarıqlılarını yığmağa çalışır. "SpaceX" kadrının hansısa işin öhdəsindən gələcəyini yoxlamaq üçün ən yaxşı üsul onun bacarıqlarının praktiki olaraq yoxlanmasıdır. Əgər şirkət işə qaynaqçını götürmək istəyirsə, müsahibə zamanı həmin şəxsdən nəyinsə qaynağını etməyi tələb olunacaq. Bu cür proses təkcə mühəndislər üçün deyil, həmdə şirkətin istənilən işçi namizədi üzərində aparılır.

Müsahibədə hansı suallar verilir? Bjelde-nin sözlərinə əsasən CV əsasən namizədin öz nailiyyətləri barəsində savadlı danışıq bacarığını əks etdirir. Namizədin əsl bacarıqlarını öyrənmək üçün müsahibə zamanı məsələn səhvlər və onları necə düzəltmək, motivasiya və namizədin çətinlikləri necə aşması barəsində suallar verilir.

Şirkətin korporativ mədəniyyəti haqqında: "SpaceX"in korporativ mədəniyyətinin mərkəzində şirkətin əsas missiyası durur. İnsanları digər planetlərə göndərmək. "Biz bu missiya haqqında uzun illər bundan öncə danışsaydıq, bizləri çox güman ki, dəli adlandırardılar. Lakin həmin vaxtlarda heç kim inanmırdı ki, biz Yer kürəsinin orbitinə raket göndərə biləcəyik. Biz bunu bacardıq. İndi isə biz 19 raket göndərmişik və onlardan 3-ü kosmosda təkrar olublar. Bizi tənqid edənlər bizim pərəstişkarlarımıza çevrilirlər" – deyə Bjelde bildirib.

Şirkətin hər bir işçisi onun missiyasını yerinə yetirməyə çalışır. Sizin nə ilə məşğul olduğunuzun fərqi yoxdur. Mühəndis layihələrinin rəhbərisiniz və ya işçilərə qəhvə verirsiniz. Bütün işçilər "SpaceX"in əsas məqsədinə ümumi töhfələrini verirlər. Həmin missiya isə şirkətin korporativ mədəniyyətinin əsas hissəsidir.

"SpaceX" işçiləri hansı bonus və üstünlükləri əldə edirlər? İşçilər raketlərin start hadisələrində iştirak edə və öz gözləri ilə bütün prosesi izləyə bilərlər. Bundan əlavə olaraq bu cür hadisələrin müşahidəçisi olmaq üçün onlar hətta öz ailə üzvlərini də gətirə bilərlər.

Elon Musk ilə çalışmaq necə bir hissdir? Bjelde, Musk-ı lider nümunəsi hesab edir. Hər bir işçi heç də Musk ilə birbaşa işləmir, lakin faktiki olaraq Musk hər bir işçiyə yardım edir. Elon Musk-ın işi şirkətin seçilmiş məqsədə doğru irəliləməsini və hər bir işçinin hər gün nailliyyətini yüksəltməsini təmin etməkdir. Bjelde onu da qeyd edib ki, Musk o nadir lider nümunələrindəndir ki, o öz şirkətinə və onun məqsədinə biganə deyil. Buna görə də heç təəccüblü deyil ki, o, Glassdoor saytında ABŞ-ın ən yaxşı sahibkarları siyahısında 8-ci yerdə qərarlaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>