Ötən ay istirahət üçün Gürcüstana gedən Türkiyə vətəndaşından 14 gündür heç bir xəbər yoxdur.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, gürcü polisi 22 yaşlı Sıtkı Sərdar Başı hər yerdə axtarır.
Türkiyənin Tiflisdəki səfirliyindən verilən məlumata görə, Osmanqazi Universitetinin sənaye mühəndisliyi fakültəsində oxuyan Sərdar Baş dekabrın 27-də Gürcüstana gedib və bir daha geri qayıtmayıb.
O, ailəsi ilə sonuncu dəfə 31 dekabrda əlaqə saxlayıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Mənbə: milli.az