Parisdə azərbaycanlı pianoçunun konserti keçirilib – FOTO

Parisdə azərbaycanlı pianoçu Səidə Zülfüqarovanın konserti keçirilib.

Milli.Az "Report"a istinadən bildirir ki, "Zamanlar" adlanan konsert proqramına Azərbaycan və dünya klassiklərinin musiqilərindən ibarət olub.
Parisin Lüksemburq məbədində keçirilən konsertdə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin "Preludia", Ravelin "Sonatin", Debussinin "Suite pour le piano" əsərini və digər dünya şöhrətli bəstələri ifa edib.
Musiqi təhsilinə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında başlayan, daha sonra isə Fransanın məşhur Sarbonna Universitetində musiqişünaslıq ixtisasına yiyələnən pianoçu Səidə Zülfüqarova Azərbaycan musiqisini fransalılara yaxından tanıtdıran və öz peşəkar ifası ilə onlara sevdirən musiqiçilərimizdəndir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>