Zaur xalq artistini canlı yayımda çıxılmaz vəziyyətə saldı:

Ötən axşam "5/5"-də qonaq olan xalq artisti Səkinə İsmayılova Zaurun "qonşular"la bağlı sualları qarşısında çıxılmaz vəziyyətə düşüb.

Milli.Az aparıcı ilə xanım xanəndənin sözügedən dialoqunu təqdim edir:

Camaatdan niyə qaçırsınız? 

- Yox, ola bilməz.

Çəkmişik, xəbərin var?!

- Nə…? 

Gedib qonşuları çəkmişik. Bütün hamısından müsahibə almışıq. 

Zaurun son sözləri xalq artistini daha da təəccübləndirib 

Deyir 6 ildir burada yaşayıram, Səkinə xanımı bir dəfə də görməmişəm. Sürücü deyir ki, Səkinə xanım maşını sürdürür düz binanın qabağına ki, ayağını atan kimi maşına əyləşsin.

- Sən inanırsan buna? 20 illik dostum, sən inanırsan? İndi kim qonşusugilə gedir guya.

Səkinə xanım, üzbəüz qonşunun adı nədir?

- Bilmirəm. Qonşularımı görəndə salamlaşırıq, amma adlarını bilmirəm. 

Xalq artistinin sözləri hər kəsi təəcübləndirib.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>