“Səhər saat 8-də burada tualetə görə uzun növbə olur” – VİDEO

Milli.Az qafqazinfo-ya istinadən Bakıdakı yataqxanalardan birindən hazırlanan reportajı təqdim edir:

"Əkiz qızlarım var. Biri talassemiya xəstəsidir, biri də daşıyıcısı. Onları mikrobdan uzaq yerdə böyütməliyəm, 18 ailənin ortaq hamamında bu nə dərəcədə mümkündür?"

Sadəgül xanım bu sözləri deyib qonşuda ağlayan qızının yanına qaçır. Uşağı bir az sakitləşdirib sözünə qaldığı yerdən davam edir:

"Balaca otaqdır, iki uşağı birlikdə saxlamaq mümkün deyil. Qızlarımdan biri yatdığı üçün digərini qonşuya keçirmişəm. Qonşunun vəziyyəti də elə məndən betər".

Redaksiyamıza daxil olan müraciət əsasında bu dəfə Məktəbli küçəsi: 6 ünvanında yerləşən 12 saylı peşə litseyinin yataqxanasında olduq. Həmsöhbətimiz Sadəgül Paşayeva və yataqxanada məskunlaşmış digər 18 ailə Füzulidən olan məcburi köçkünlərdir. Artıq 20 ildən çoxdur ki, bu yataqxanada yaşadıqlarını deyən sakinlər aidiyyatı qurumlardan tez bir zamanda köçürülmələrini xahiş edirlər:

"18 ailənin ortaq hamam-tualeti nə olar? Mikrob mənbəyidir. Yataqxananın bir başında uşaq qrip olanda o biri başına kimi hamı xəstələnir. Yemək bişirməyə növbədir, paltar yumağa növbədir, tualetə belə növbə gözləyirik. Səhər uşaqlar məktəbə gedəndə dəhlizdə uzunu növbə yaranır".

Sakinlər onu da bildirib ki, yataqxanada ötən il bir neçə yanğın baş verdiyi üçün mətbəx yenidən təmir olunub:

"Yanğın olmasaydı, indi burada küləkdən durmaq olmazdı. Elə ailə var ki, üç övladı məktəbə gedir. Onda məcburdur biri gəlib mətbəxdə dərs oxusun…"

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Səhər saat 8-də burada tualetə görə uzun növbə olur"

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>