Ekranda barmaq skanerli smartfon satılacaq – VİDEO

"Synaptics" şirkəti ötən ilin dekabrında barmaq izləri skanerinin smartfonun ekranına qurulması texnologiyası və ilk belə aparatın bazara  çıxarılması haqda bəyan etmişdi. Bir neçə gün sonra məlum olmuşdu ki, Çinin "Vivo" şirkəti "Synaptics" texnologiyasına malik ilk smartfonunu təqdim edəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Las-Veqasda keçirilən "CES" elektronika sərgisində "Vivo" şirkəti ekran səthinin alt hissəsinə qurulmuş barmaq izləri skaneri ilə təchiz edilmiş 6 düymlük çərçivəsiz smartfonunu nümayiş etdirib. Ancaq qeyd etmək lazımdır ki, söhbət prototipdən gedir: şirkət konkret modelin adını, hələ ki, açıqlamayıb.

Sözügedən texnologiyanı iş prosesində nümayiş etdirən icmal "The Verge" nəşrinin "YouTube" kanalında dərc edilib. Jurnalistin sözlərinə görə, "Vivo" qurğusuna qurulmuş skaner ən müasir smartfonlarda mövcud olan skanerlərlə müqayisədə bir qədər ləng işləyir, amma bu narahatlıq yaratmır. Həmçinin məlumata görə, "Synaptics" şirkətinin optik sensoru yalnız OLED ekranları dəstəkləyir, çünki LCD ekranlar sensorun işini bloklayan işıqlandırmadan istifadə edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ekranda barmaq skanerli smartfon satılacaq

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>