349 dollara “ağıllı” tuman yaradılacaq -

ABŞ-ın "Myant" şirkəti "Skiin" adlanan "ağıllı" tuman kolleksiyası üçün sifarişlərə başlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, şirkətdə qeyd edirlər ki, bu tərtibat orqanizmdə baş verən bütün proseslərə nəzarət etməyə imkan verəcək. Həmçinin bioloji ritmə müvafiq olaraq fəallıq qrafikini tərtib etməyə köməklik göstərəcək. 

"Skiin" tumanı ürək döyüntüsünü, temperaturu, təzyiqi, fiziki aktivliyi, tərləmənin müəyyən edilməsini izləməyə imkan verən sensorlara malikdir ki, ona da telefondakı əlavə ilə nəzarət etmək olacaq. 

Həmçinin smart alt paltarı "ağıllı ev"ə də nəzarət etməyə imkan verir. Məsələn, orqanizmin fiziki yüklənməsinə uyğun olaraq ətrafdakı temperaturu avtomatik olaraq uyğunlaşdıracaq və ya bioritmlərdən çıxış edərək musiqi pleylistini tərtib etməyə imkan verəcək. 

"Ağıllı" kişi və qadın tumanlarının qiyməti 279-349 dollar arasında dəyişəcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>