ABŞ-dan “Huawei”ə casusluq ittihamı

ABŞ hökuməti Çinin "Huawei" şirkətini Çin hakimiyyət orqanlarına işləməkdə ittiham edir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, artıq ABŞ-dakı yerli mobil operatorlara "Huawei" smartfonlarının yeni modellərinin satışına başlamamaq tövsiyə olunub.  
 
Çin şirkəti Las Veqasda keçirilən CES sərgisində ABŞ-ın nəhəng mobil operatoru AT&T ilə əməkdaşlığa başlayacağını elan etməyə hazırlaşırdı. Lakin sövdələşmə baş tutmayıb, çünki hökumətin tövsiyəsi ilə AT&T bu anlaşmadan vaz keçib.
 
ABŞ-ın rabitə üzrə Federal Komissiyası hesab edir ki, "Huawei" Çin hökuməti ilə sıx əməkdaşlıq edir və amerikalı istifadəçilərin fəaliyyətini izləyə  və onların məlumatlarını Çin kəşfiyyatına ötürə bilər.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>