Öz cinayəti haqqında hekayə yazan qarətçi həbs edildi

İtaliya polisi poçt şöbəsini qarət edib bu barədə hekayə yazan cinayətkarı həbs edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, o 2017-ci ilin dekabr ayında Berqamo şəhərinin yaxınlığındaki poçt şöbəsinin əməkdaşlarını odlu silahla hədələyərək oradan 650 avro oğurlayıb.

Qarətçi yanvarın 12-də qonşu şəhərcikdə saxlanılıb. Saxlanılma zamanı o nəinki törətdiyi cinayəti etiraf edib, hətta polis əməkdaşlarına cinayətin təfərrüatlarını təsvir edən əlyazma verib.

Saxlanılan şəxsin əvvəllər də bu cür hadisələr törətdiyi bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>