Cəbhə bölgəsində yeni şəhərcik salınıb – Yaxın günlərdə köçürülümə başlanılacaq – VİDEO

Cəbhə bölgəsində ordumuzun nəzarətində olan ərazilər abadlaşdırılır, insanların yaşaması üçün yenidən imkanlar yaradılır.

Milli.Az bildirir ki,müasir yaşayış binaları, parklar, yeni yollar, məktəb, uşaq bağçası və digər sosial infrastrukturlar salınır.

Söhbət cəbhə bölgəsində Ağdərənin Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış yeni şəhərcikdən gedir.

Şıxarx qəsəbəsinə hələ bir əsr əvvəl 200 erməni ailəsi köçürülüb. Bundan sonra qəsəbə Marquşevan, Marağa və Marağaşen kimi adlandırılıb.

1988-ci ildə Ermənistan-Azərbaycan konflikti başladıqdan sonra bu qəsəbənin tarixi az qala yaddaşlardan silinirib. Ağdərə rayonunda gedən döyüşlərdə bir çox qəsəbə və kənd kimi Şıxarx da dağıntılara məruz qalıb. Hazırda Şıxarx qəsəbəsi döyüş bölgəsinə yaxın məsafədə yerləşdiyinə görə Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır.

Ordumuzun nəzarət etməsi minlərlə hektar sahənin istifadəsinə və yaşayış məntəqələrinin abadlaşmasına şərait yaradıb. Ermənilər tərəfindən dağıdılmış bu qəsəbəyə diqqət və qayğı artırılıb. Şıxarx abadlaşdırılıb və burada müasir şəhərcik salınıb. Yaxın günlərdə Şıxarx qəsəbəsinə məcburi köckünlərin köçürülüməsinə başlanılacaq.

Yerli sakinlər Cocuq Mərcanlıdan sonra Şıxarxa ailələrin köçürülməsini ikinci qayıdış adlandırırlar.

1170 mənzilli şəhərcikdəki binların ümumi sahəsi 88 min kvadratmetrdir. Mənzillərdən 120-si bir, 504-ü iki, 472-si üç, 80-i isə dördotaqlıdır. Şəhərcik 50 hektarlıq sahədə inşa edilib. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Cəbhə bölgəsində yeni şəhərcik salınıb - Yaxın günlərdə köçürülümə başlanılacaq

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>