Hindistan kosmosa 100-cü peykini buraxdı

Hindistan Andxra-Pradeş ştatında Şrixarikota adasında 31 peykli PSLV raket-daşıyıcısını kosmosa uğurla buraxıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  raketin kosmosa çıxardığı "Cartosat-2" Hindistanın çəkisi 700 kiloqramdan çox olan ən böyük peyki olub.

Peyk Yerin səthini müşahidə etmək üçün nəzərdə tutulub. Bu peykdən başqa, raket Hindistan istehsalı olan 100 kiloqramlıq mikropeyk və 5 kiloqramlıq nanopeyk buraxıb. Bundan əlavə, Kanada, Finlandiya, Cənubi Koreya, Böyük Britaniya və ABŞ istehsalı olan daha 28 nanopeyk buraxılıb.

Qeyd edək ki, bu, Hindistanın kosmosa buraxdığı sayca 100-cü nanopeykdir.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>