Bakıda mənzillərin kirayə qiymətləri qalxıb

2017-ci ilin dekabr ayında Bakıda kirayə mənzil bazarında qiymətlərdə artım olub.

Milli.Az bildirir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, kirayə mənzil bazarında qiymətlərdə ay ərzində 0.84 faiz artım olub, il ərzində isə 13.85 faiz artım qeydə alınıb.

Ekspert bildirib ki, obyektlərin icarəsi bazarında isə hesabat ayı ərzində 2.24 faiz artım, il ərzində 17.63 faiz azalma olub.

N.İbrahimov vurğulayıb ki, 2017-ci ilin dekabr ayı ərzində ümumi daşınmaz əmlak bazarında qiymətlərdə 0.77 faiz artım, il ərzində isə 3.46 faiz azalma olub.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>