Səfir: Azərbaycanda 20-dən İsveçrə şirkəti fəaliyyət göstərir

Azərbaycanda İsveçrə şirkətlərinin sayı 20-dən çoxdur və onlar burada aktiv fəaliyyət göstərirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bunu İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder deyib.

Səfirin sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi 2017-ci ildə təxminən 200 milyon dollar olub: "Bu göstərici əvvəlki illərə nisbətən azalıb, lakin ikitərəfli əməkdaşlığın səviyyəsi ticarət dövriyyəsinin gələcəkdə artmasına imkan verəcək".

Prezident və nazirlərin rəsmi səfərlərindən danışan diplomat deyib ki, iki ölkə prezidenti arasında görüşlər artıq ənənəvi şəkil alıb və gələcək səmərəli əməkdaşlığa müsbət təsir edəcəyinə ümid edir.

İki ölkə arasında əməkdaşlıq sahələrindən danışan səfir eləcə də qeyd edib ki, hər il daha çox sayda azərbaycanlı tələbə İsveçrə universitetlərində təhsili başa vurur.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>