Jirinovski efirdə özündən çıxdı: Sizi güllələyəcəklər – VİDEO

Rusiyanın Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski "60 минут" tok-şousunda Ukraynada gedən döyüşlərlə bağlı müzakirə edən zaman özündən çıxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, həm çıxışın bir parçası "Instagram"a yerləşdirilib.

Studiyanın qonaqları başlıca olaraq Ukraynanın şərqində mövcud qeyri-sabitlik fonunda ABŞ-ın Ukraynanı silah-sursatla təchiz etməsi məsələsini müzakirə edib. Politoloq Vadim Trüxan  Jirinovskinin verilişdə sirk yaratmağa çalışdığını deyərək onun atmacalarına reaksiya verməkdən imtina edib. O, siyasətçinin ukraynalılara hədə-qorxu gəlməməsini istəyib. Bundan hiddətlənən Jirinovski onun üzərinə gedib.

"Sizin kimi əclaf və yaramazlara istədiyimiz qədər hədə-qorxu gələcəyik, sizin kimiləri güllələyəcəyik", – deyə Trüxana yaxınlaşan zaman o bağırıb.

Liberal-demokratların lideri Ukraynanın Donbas bölgəsində öldürülmüş hər bir insana görə cavab verəcəyini deyib və opponentinin studiyanı tərk etməsini istəyib, onu "heyvərə" adlandırıb. Verlişin aparıcıları Jirinovskinin prezidentliyə namizəd olduğunu xatırladaraq, onu sakitləşdirməyə çalışıb. Ancaq çılğın liberal-demokratı sakitləşdirmək mümkün olmayıb. Trüxan Jrinovskinin onu pərt etməyə çalışdığını görüb, bir müddət sonra studiyanı tərk edib.

"Çaşıb vağzala getmə, Trüxan, səni orda həbs edəcəklər", -deyə Jirinovski studiyadan gedən politoloqun arxasınca söyləyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Jirinovski efirdə özündən çıxdı: Sizi güllələyəcəklər

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>